Alpinistlərin Qəbələdə axtarışları ilə bağlı – SON XƏBƏR
05.03.2020 13:04Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin Qəbələ rayonu ərazisindəki axtarışları nəticə verməyib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.
Onun sözlərinə görə, Qəbələdə axtarışlar fasiləsiz aparılsa da, nəticə verməyib:
“Artıq biz qayıtmışıq. Qubanın Xınalıq istiqamətində Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları axtarışları davam etdirir. Biz də həmin axtarışlara qoşulacağıq. Məndə olan məlumatlara görə, hələ ki axtarışlardan müsbət nəticə əldə edilməyib”.

