“Amazon” hakerlərin hücumuna məruz qaldı
05.03.2020 13:04Online alış-veriş saytı olan “Amazon“-un İngiltərədə satış edən saytı, sistemdə meydana gələn bir axsaqlıqa görə platformadan satış edən şirkətləri çətin vəziyyətə salıb.
Об этом сообщает Футляр от виолончели
a24.az saytı Texnobaz.com-a istinadən xəbər verir ki, Cümə günü təxminən 2 saat boyunca sistemdə olan bir problemə görə, “Amazon”-da bir çox məhsul qiymətindən aslı olmyaraq 1 penny (1,5 qəpik) satılıb.
“RepricerExpress” adlı bir proqramdan istifadə edən və “Amazon”-dan satış edən şirkətlər, bu vəziyyəti hiss edən istifadəçilərin aşağı qiymətlərə aldıqları məhsullara görə böyük ziyana düşüblər.
Yaşanan problemdən sonra “Amazon”-dan gələn şərhdə, satılan məhsulların çoxunun satışının ləğv edildiyi bildirilib. “Amazon”-un bu qərarına baxmayaraq zərərlərinin qarşılanmadığını iddia edən şirkətlər, qanuni yollara müraciət etməyə hazırlaşdığlarını bildiriblər.
Verilən şərhdə problemin “RepricerExpress” adlı 3-cü partiya tətbiqində olan axsaqlıqlardan dolayı meydana gəldiyi bildirilib.

