Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Amerika Ştatlarından biri bu məhsulu QADAĞAN etdi

05.03.2020 13:04

Birləşmiş Ştatların Kaliforniya ştatının qubernatoru Cerri Braun içkilərdə istifadə olunan plastik borucuqların qadağan edilməsi haqqında fərman imzalayıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az “NBC Los Angeles” televiziyasının saytına istinadla xəbər verir ki, fərmanda borucuqlardan istifadə tamamilə qadağan edilmir. Yeni qaydalara görə, ofisiantlar yalnız müştərinin sifarişi ilə içkiləri plastik borucuqlarla gətirəcəklər.

Bundan əvvəl Kaliforniya ştatının San-Fransisko və Vaşinqton ştatının Sietl şəhərlərində plastik borucuqlardan tamamilə imtina edilib. Hakimiyyət dairələri bu addımı okeanın çirklənməsinin qarşısını almaq üçün plastik maddələrin istehlakını azaltmaq məqsədilə atırlar. ABŞ-ın Milli Parklar Xidmətinin hesablamalarına görə, amerikalıları hər gün 500 milyona yaxın plastik borucuqdan istifadə edirlər.