Amerikalı general ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı
05.03.2020 13:04ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı, general Ben Hoces öz ölkəsi ilə Çin arasında müharibənin başlaması ehtimalını qiymətləndirib.
A24.Az “Washington Post”-a istinadən xəbər verir ki, general belə bir ehtimalın kifayət qədər böyük olduğunu bildirib.
Об этом сообщает Руспрес
Ötən həftə keçirilmiş sorğuya əsasən, amerikalı hərbçilərin təxminən yarısı hesab edir ki, artıq gələn il ABŞ irimiqyaslı hərbi toqquşmalara cəlb ediləcək, başlıca təhlükə isə Çin və Rusiyadır.
Ben Hoces isə bildirib ki, Çinin Avropada və Afrikada iqtisadi mövqelərini gücləndurməsi tez-gec ABŞ-la toqquşmalara gətirib çıxaracaq. Onun ehtimallarına görə qarşıdakı 15 il ərzində ABŞ-Çİn müharibəsinin şahidi olacağıq.

