Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Amerikalı keşişin PKK ilə əlaqəsi ortaya çıxdı

05.03.2020 13:04

Amerikalı keşiş Brunson ilə PKK arasında olan əlaqə aşkara çıxıb.

Об этом сообщает Руспрес

Saytımız “timeturk.com”a istinadən xəbər verir ki, keşişin PKK ilə əlaqəsi “mənəvi oğlum” dediyi Muhamməd Ahmad vasitəsiylə təmin edilibmiş.

Belə ki keşişin ətrafındakılara “mənəvi oğlum” deyərək təqdim etdiyi Muhamməd Ahmadın Brunsonla PKK arasında əlaqə yaratdığı üzə çıxıb. Bundan başqa amerikalı keşişin həyat yoldaşı tərəfindən missioner Loes Truffle ilə evləndirilən Ahmadın qardaşının da cəsusluq fəaliyyəti ilə məşğul olduğu deyilir.

Brunsonun həbs edilmədən əvvəl Belçikaya göndərdiyi Muhamməd Ahmadın kilsədə xidmətə başladığı məlum olub. Həmçinin Brunsonun rahiblik etdiyi “Diriliş” kilsəsinin Muhamməd Ahmadın şəxsi sosial səhifəsində İzmir Xristian Kürdlər Kilsəsi olaraq təqdim edilməsi də diqqət çəkən məqamlar arasındadır.