Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Anan səni xəstə göndərib…”

05.03.2020 13:04

Bir xeyli incikəm. Kimə olduğunu, nə səbəbə olduğunu bilmədən… Bəlkə həyata, bəlkə özümə, bəlkə  də “SİZ”ə… Dillərdən düşməyən “kaşki”lərə, “amma”larla başlayan cümlələrə, bəlkə də səssizliyin ifadə etdiyi əzablara… 

Об этом сообщает Роспрес

“Bəlkə”lərə əsaslanan qərarlara, “cəmiyyətin” yönləndirdiyi həyata , “milli-mənəvi dəyər” saydığımız mentalitetin verdiyi hökmlərə desəm yenə üstümə gəlib bir xeyli izahlar verəcəksiniz. Bəs özünüzü, özümüzü sorğuladıqmı burda payımız nə qədərdir?

Biz deyilikmi bu mentaliteti sürdürən, azad deyib çərçivələrə salınan, filankəs deyib nakəs olan? Hər məhv olan həyatdan dərs deyib tərs fikir çıxaran?!

Hər kəsə günahkar deyib özümüzə gələndə kar olan bizlər… Acından ölənə 6 cöngə kəsib ehsan verən, toyunda “qan” salıb ar olan bizlər!

Bəli, bizlər! Hər yaxşılıqda çirkinlik, hər uğurda “gözəl bəxt” axtaran, bizlər!

Qınadığımız hər şey bir gün dönüb dolanıb qarşımıza çıxmayacaq, elə başımıza gələcək. Bəxtiyar Vahabzadə demiş “axı dünya fırlanır”, elə həyat da öz növbəsində davam edir, ancaq kimində də tamam edir. Bəziləri bu həyatı yaşayır, bəziləri isə gənc yaşda yaşlanır.

Bəli, ağrılı, acılı, sevgidolu dediyimiz həyat! Biz bu ağrı, acının nə qədərini yaşadıq ki, beş cümlədən bir şikayətlənirik? Ağrı, acı bilirik nədir? Həyata küsməyin nə olduğunu necə?

Həyat bir ərin yoldaşını xəstə yataqda tərk edib getdiyi qədər vəfasızdır…

Həyat bir gəlinə ağrıyanda “anan səni xəstə göndərib” deyildiyi an qədər dəyərsizdir…

Həyat bir ananın övladını 6-cı ayında abort etmək məcburiyyətində qalması qədər dəhşətlidir…

Həyat bir atanın övladını sağaldacaq miqdarda pulunun olmaması qədər acizdir…

Həyat bir bacının övladını itirmiş ananın gözləri qarşısında körpəsini oynada bilməməsi qədər dözümsüzdür…

Həyat bir gəncin ölümünü gözləməsi, hər şeydən bezib intihar etməsi qədər ümidsizdir…

Siyahını uzada bilərəm, insan olaraq qarşımızdakını sevdiklərimizin yerinə qoysaq, bəlkə də, mükəmməl demirəm, normal həyat yaşayar hər kəs, mentaliteti deyil, həqiqi dəyərləri düşünər, “kim nə sanar”ı deyil, “ürəyi yanar”ı düşünər.

Biz də düşünək, ölümdən deyil, yaşayarkən daxilimizdəki “insanlığın” ölməsindən qorxaq…

Brilyant Rəsulova