“Apple” köhnə modelləri bilərəkmi zəiflədir?
05.03.2020 13:04Son zamanlar “Apple” firmasına qarşı irəli sürülən “bilərək funksiyasını zəiflədir və sistem qəsdən dondurulur” iddiası firma rəsmiləri tərəfindən qəbul edilmişdi.
Об этом сообщает Роспрес
A24.Az-ın məlumatına görə, şirkət bununla bağlı üzrxahlıq da etmişdi. Artıq “Apple” bununla bağlı bir addım da atıb. Belə ki, şirkət rəsmilərindən verilən məlumata görə, enerjidən tez düşən məhsulların bu problemi 60%-dən daha yüksək endirimlə bərpa olunacaq. Belə ki, əvvəllər 79 dollara satılırdısa artıq bu xətanın üzrxahlığı kimi 29 dollara qədər endiriləcək.
Bundan başqa çirkət rəsmilərinin məlumatına görə, İOS tətbiqetməsinin yeni versiyasında enerji ilə bağlı problemləri görmək mümkün olacaq. Hal-hazırda şirkət rəsmiləri bunun üzərində işlər aparır.

