Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

AQTA-nın media-turundan REPORTAJ

05.03.2020 13:05

Dekabrın 21-də Azərbaycan Qida Təhlükəsizlik Agentliyi jurnalistlər üçün cənub bölgəsinə media-tur təşkil edib. Media-tur zamanı mətbuat nümayəndələri Agentliyin cənub bölgəsində göstərdiyi fəaliyyəti ilə yaxından tanış olublar.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran şəhərində yerləşən Lənkəran Regional Sınaq Laboratoriyasına baxış keçirən zaman cənub bölgəsində istehsal olunan qida məhsullarının təhlükəsizliyinin qorunması qaydaları haqqında məlumat verilib. 2 gün davam edən media-tur çərçivəsində jurnalistlər bir neçə istehsal  müəssisəsində məhsullardan nümunələrin götürülməsi və laboratoriyada ekspertizasının aparılması prosesini izləyiblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev qida məhsullarından götürülən nümunələrin məxfiliyinin qorunması prinsipinin əsas götürülərək onların kodlaşdırıldığı, daha sonra təyinatı üzrə müvafiq laborator analizlər aparılması məqsədi ilə müayinələrə cəlb edildiyini vurğulayıb: “Müayinələrdən sonra nəticələr həmin kod altında Agentliyin vahid elektron sisteminə daxil edilir. Bununla da prosesin şəffaf şəkildə izlənilməsi təmin edilir”.

O bildirib ki, nümunələr laboratoriyaya vətəndaşlardan daxil olan şikayət əsasında, eləcə də, sahibkar və vətəndaşların fərdi istəyi ilə daxil olur.

Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitunun Keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Əliyeva bildirib ki, Lənkəran Regional Sınaq laboratoriyasının fəaliyyəti üç istiqamətdə həyata keçirilir: “Heyvan sağlamlığı, bitki sağlamlığı və qida təhlükəsizliyi sahəsində bizim laboratoriya fəaliyyətini göstərir. Bu da o deməkdir ki, həm heyvan mənşəli, həm bitki mənşəli, həm də qida mənşəli məhsulların laboratoriyası ilə yanaşı ekspertizası da bizim institutda müayinədən keçir. Laboratoriyada 27 laborator baxış otağı var. Burada gündəlik 300 sınaq aparmaq mümkündür. Həmçinin laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcuddur. Burada ABŞ, İtaliya, İspaniya və digər ölkələrin tanınmış şirkətlərinin istehsal etdiyi avadanlıq və cihazları quraşdırılıb.
Lənkəran Regional Sınaq Laboratoriyasında, həmçinin kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağı, soyuducu kamera və yardımçı tikililər də mövcuddur. Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında proses ozonlaşdırma texnologiyası əsasında aparılır. Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda həyata keçirilir. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır. Bizim laboratoriyada bir neçə müayinələr həyata keçirilir”.

Media-tur çərçivəsində jurnalistlər Lənkərandakı “Cənub Aqro” MMC-nin istixana təsərrüfatında yetişdirilən pomidor və “Astaraçay” MMC-nin çay fabrikində emal olunan çay məhsullarından nümunələrin götürülməsi və ekspertizasının AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasında aparılması prosesini izləyiblər. Jurnalistlər “Astaraçay” MMC-nin çay fabrikində istehsal prosesi və buradakı “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar. Daha sonra Astara çayının dadına baxıblar.

“Cənub Aqro” MMC-nin icraçı direktoru Elşən Məmmədov isə bildirib ki, istixananın ümumi sahəsi 1.7 hektardır: “İl ərzində bizim istixanada 250 tona yaxın pomidor istehsal olunur. İstehsal olunan məhsullar isə ancaq ölkə daxilində satışa buraxılır. Yəni, bazarlarda satış həyata keçirilir. Məlumat üçün bildirim ki, bizim istixanada 28 nəfər işləyir. Bu da o deməkdir ki, biz 28 nəfər işçi ilə ölkə bazarlarının müəyyən hissəsini il ərzində 250 ton pomidorla təmin etmiş oluruq”.

A24.az, Səid Qərib