Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

AQTA ulaq təsərrüfatı ilə bağlı yayılan daha bir məlumata aydınlıq gətirdi

05.03.2020 13:05

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonunda fəaliyyət göstərən ulaq təsərrüfatının dövlət qeydiyyatına alınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Об этом сообщает Футляр от виолончели

Bu barədə A24.az-ın sorğusuna cavab olaraq Agentlikdən verilən məlumatda deyilir. Bildirilib ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir: “Sözügedən təsərrüfat qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi dövlət qeydiyyatına alınmayıb. Belə ki, agentliyin əməkdaşları tərəfindən həmin təsərrüfatdan götürülmüş süd nümunələrinin müayinələri zamanı məhsulda bakterioloji çirklənmə aşkar edilib. Məlum olub ki, uzunqulaq təsərrüfatının fəaliyyəti sanitar-gigiyenik normalara uyğun qurulmayıb. Bununla bağlı sahibkara həmin təsərrüfatda süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra fəaliyyətə başlamaq üçün Agentliyə müraciət olunmasın dair məktub ünvanlanıb”.

Qeyd edək ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərən uzunqulaq fermasının AQTA tərəfindən qeydiyyatdan keçdiyi barədə məlumatlar yayılıb. Fermanın Ülvi Hidayətzadə adlı nümayəndəsi ulaq təsərrüfatının AQTA tərəfindən qeydiyyata alındığı barədə məlumatı təsdiqləmişdi.