Arnold Şvarzneqqer 50 tonluq tankla, görün nə etdi – VİDEO
05.03.2020 13:05Hollivud ulduzu, məşhur aktyor və ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarzneqqerin qeyri-adi videoçarxı yayımlanıb.
Об этом сообщает Руспрес
Saytımız xarici mediaya istinadən xəbər verir ki, videoda Arnold yenə tanınmış komediya aktyoru Jay Leno ilə mərcə girib.
Onlar 50 ton ağırlığı olan tankın gücünü göstərmək üçün limuzinin üzərində keçərək əyləniblər. Sınağı həyata keçirməzdən əvvəl Arnold Şvarzneqqer tank barəsində məlumat verib və bildirib ki, tank Koreya müharibəsində hazırlanıb. Daha sonra tank Avstriya ordusuna verilib. Hətta ulduz aktyor tankı “böyük oyuncaq” adlandırıb və təklif edib ki, qarşımıza çıxan istənilən bir şeyi bu tankla əzək.
Saytımız sözügedən görüntüləri təqdim edir:

