Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Arsenal” futbolçularının şok görüntüləri – VİDEO

05.03.2020 13:05

“Arsenal” futbolçularının şok görüntüləri yayılıb.

Об этом сообщает Роспрес

A24.Az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, aralarında Mesut Özil, Pyer-Emerik Obameyanq, Aleksandr Lakazett, Henrix Mixitaryan kimi futbolçuların yer aldığı komanda üzvlərinin ötən il İngiltərədəki gecə klublarının birində əylənərkən çəkilmiş gizli kamera görüntüləri yayılıb.

70-ə yaxın qızla birlikdə əylənən futbolçular spirtli içkilərdən və “hippy crack” adlı gülüş qazından istifadə ediblər. Daxilində azot protoksit maddəsi olan bu qazı şar vasitəsi ilə nəfəsinə çəkən futbolçuların huşlarını itirdiyi bildirilir. Bu qaz xüsusilə spirtli içki ilə birlikdə istifadə olunanda ölümlə nəticələnə bilər.

Britaniya mətbuatında sensassiya yaradan bu görüntülərə görə klub rəhbərliyinin futbolçulara qarşı hansı addımı atacağı maraq doğurur.