Arvadını öldürmək istəyən alimə prokuror cəza istəyəcək
05.03.2020 13:05Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.Bizimyol.info xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, ittiham aktına əsasən, A.Qədirov münaqişə zəminində həyat yoldaşı Aidə Qədirovanı boyunundan bıçaqlayıb. Daha sonra evdə olan onların qızı təcili tibbi yardım əməkdaşları çağırıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Qədirova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmədə elan olunmuş ittiham üzrə A.Qədirov özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində hadisə zamanı arvadını bilmədən bıçaqladığını söyləyib.
A.Qədirov Azərbaycan Dovlət Pedagoji İnstitutunu bitirib və fizika-riyaziyyat elmləri namizədidi, dosentdir. O, AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.
bizimyol

