Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Atasının qəbirini ziyarətə getdi, məzarı gördükdə dəhşətə gəldi – Bakıda – VİDEO

05.03.2020 13:05

Azərbaycanda tanınmış sima atasının qəbirini ziyarətə gedib, məzarı gördükdə isə dəhşətə gəlib.Naməlum şəxs və şəxslər məzarın sinə və baş daşının üzərini ağ boya ilə rəngləyibilər.

Об этом сообщает Футляр от виолончели

Saytımız “Xezerxeber”ə istinadən bildirir ki, belə bir hadisə ilə prodüser Sayqa Cahid qarşılaşıb. Onun sözlərinə görə, ötən gün Binəqədi qəbiristanlığında atasının qəbrini ziyarət etməyə gedib. Məzara yaxınlaşdıqda isə məzarın sinə daşının üstü və qəbirin kimə aid olduğunu bildirən ad, soyad və digər məlumatların yazıldığı hissənin ağ rənglə boyandığını görüb.

Sayqa Cahidin sözlərinə görə, kimlərsə etdiyi bu əməllə yekunlaşmayaraq üstəlik qəbir daşının qıraq hissələrini də dağıdıblar. Onun bu hadisəni törədən şəxs və şəxslərlə bağlı bir neçə ehtimalı var.

Məsələ ilə bağlı Binəqədi qəbiristanlığına məsul şəxs Şahin Məhərrəmli isə bildirdi ki, hadisədən xəbərdardılar. Bununla yanaşı, qəbristanlıqda nəzarətçilər də fəaliyyət göstərir. Ancaq çəkiliş zamanı bunun şahidi olmadıq.

Qeyd edək ki, Sayqa Cahid baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib.