ATƏT PA Cənubi Qafqazda yeni xüsusi təmsilçi təyin edəcək
05.03.2020 13:05ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Sereteli bu qurumun Cənubi Qafqazdakı yeni xüsusi təmsilçisini təyin etmək fikrindədir.
Об этом сообщает Руспрес
Bu barədə G.Sereteli Ermənistana ikigünlük səfəri zamanı bildirib.
Daha əvvəl həmin vəzifədə çalışmış Bolqarıstan təmsilçisi Kristian Vigenin bu ilin fevral ayı ATƏT PA-nın Vyana sessiyasında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsindəki fəaliyyətinə daha çox vaxt ayırmaq istədiyini bildirərək istefa vermişdi.

