Autizmli uşaq və gənclər arasında velosiped yarışı keçiriləcək
05.03.2020 13:05Sentyabrın 11-də Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, AİK-in mətbuat xidmətindən verilən məlumata görə, Dənizkənarı Milli Parkda baş tutacaq velosiped yarışı Azərbaycan Respublikası Paralimpiya Komitəsinin və Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AVİF), Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçiriləcək.
İdmanın bu növü autizmlilərin həyatında mühüm rol oynayır. Velosiped yarışının keçirilməsində məqsəd, həm də bu klublar arasında daha güclü idmançıları tapıb ortaya çıxarmaqdır.

