Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Avropa ölkəsindən şok qərar: Cinsi əlaqə yaşı 14-ə endirildi

05.03.2020 13:06

Belçika parlamenti cinsi əlaqə yaşını endirib.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, cinsi əlaqə yaşı 16-dan 14-ə salınıb. Dəyişikliyin gəncləri incitmədən qanun layihəsini günün tələblərinə uyğunlaşdırmaq məqsədi ilə aparıldığı açıqlanıb.

Belçikada 1900-cü illərin əvvəllərində qəbul olunan qanun layihəsində cinsi əlaqə yaşı 16 göstərilmişdi. Amma hazırda bu həddin reallığı əks etdirmədiyi bildirilib. Bu səbəbdən minimum hədd 2 il aşağı endirilib. Amma qanun layihəsinə yaş həddi ilə bağlı bəzi qoruyucu maddələr əlavə olunub.

Yeni qanun layihəsinə görə, 14 yaşlı birinin cinsi əlaqəyə girdiyi insan ondan 5 yaşdan artıq böyük olmamalıdır. Bu həddi aşanlar təcavüz ittihamı ilə həbs ediləcək. Məsələn, 14 yaşlı birinin 20 və artıq yaşlı biri ilə münasibətdə olması qadağandır və təcavüz hesab edilir.

Qanunda dəyişiklikliklər “Flaman” cinsi sağlamlıq mərkəzi olan “Sensoa”nun təklifi ilə edilib. “Sensoa”nun rəsmisi Erika FransFlaman televiziyasına (VRT) açıqlamasında 16 yaş həddinin reallıqları əks etdirmədiyini bildirib:

“15 yaşlı bir gənc özündən 5 yaş böyük biri ilə cinsi əlaqəyə girə bilər. Bu bir həqiqətdir”.

Qanunda edilən dəyişiklikdən sonra təcavüz və cinsi qaydaların pozulmasına görə verilən cəzalar sərtləşdirilib.