Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Avtomobilin təkərlərində pirotexniki vasitələr aşkarlandı

05.03.2020 13:06

Azərbaycanda avtomobilin təkərlərində pirotexniki  vasitələr aşkarlanıb.

Об этом сообщает Руспрес

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən A24.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21013” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin təkərlərinin içərisindən üzərində “Colorful Magic” yazısı olan 80 ədəd, üzərində “Big triangle cracker” yazısı olan 640 ədəd, üzərində “Korsar 7” yazısı olan 48 ədəd, üzərində “Mega Piratka” yazısı olan 240 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.