“Ay Zaur” Güneldən uşağının atasını soruşdu – VİDEO
05.03.2020 13:06“Xəzər” telekanalında yayımlanan “5-də 5” verilişində aparıcı Zaur Kamal müğənni Günel Ələkbərovaya həyat yoldaşı ilə bağlı atmaca atıb.
Об этом сообщает Футляр от виолончели
Aparıcının Günel Ələkbarovaya ünvanlanan “Deyirəm, evə saat 12-də gəlir?” sualı bitməmiş elə yerindəcə cavablandırılıb:
“Bizdə evdə hər şey yaxşıdır, əladır, yüksək səviyyədədir. Sən heç narahat olma”.
Daha sonra aparıcı sualına daha da aydınlıq gətirib: “Deyirəm ki, uşaq axıra kimi papa deyə biləcəkmi? Çünki deyirlər ki, bu bir oyun idi, gəldi-getdi”.
Müğənni Günel Ələkbərova isə sualı belə cavablandırıb: “Niyə deməsin ki? Mənim qızım indidən papa da deyir, mama da… Allah tala bütün uşaqlara ata-ana deməyi nəsib etsin. Sən mənim yoldaşımla yaxından tanış olmaq istəyirsənsə, canım, problem yoxdur, verilişdən sonra tanış olarsan”.
Saytımız verilişdən olan videogörüntünü təqdim edir:

