Ayasofyada təxribat: İki nəfər məscidə girib namaz qıldı
05.03.2020 13:06Ayasofiyaya gələn iki nəfər anidən namaz qılmağa başlayıb.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, adları Halil Akyaman və Mahmut Alan olan şəxslər namazlarını qılana qədər başlarının üzərində təhlükəsizlik xidmətinin əməkdaşları durub.
Akyaman və Alan namazlarını qılıb qurtarandan sonra təhlükəsizlik xidmətinin işçiləri tərəfindən Ayasofyadan uzaqlaşdırılıblar. Ayasofyada namaz qılan iki nəfər burada namaz qılmaq mümkün olduğu halda məkanın ibadətə qapalı olmasına etiraz əlaməti olaraq bunu etdiklərini söyləyiblər.
Həmin anlar isə bir vətəndaş tərəfindən mobil telefonun kamerası ilə lentə alınıb.
Firuzə Alimova

