Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Aydın Sani ittihamlara cavab verdi: “Aydın Xırdalanlı mənim üçün rəqib deyil” – VİDEO

05.03.2020 13:06

Müğənni Aydın Sani meyxanaçı Aydın Xırdalanlının onun haqqında səsləndirdiyi iddialara cavab verib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, müğənni məşhur meyxanaçının onun haqqında dediyi fikirlərə aqressiv cavab verməyəcəyini deyib. O bildirib ki, Aydın Xırdalanlının bu barədə fikirlərilə tanışdır: “Mən həmin videoya baxmışam. Demək istəyirəm ki, Aydın Xırdalanlı mənim üçün rəqib deyil. Bizim sahələrimiz tamamilə başqa-başqadır. Sadəcə mən də meyxananın içindən çıxdığıma görə onunla münasibətimiz var. Olur, Aydındı da, deyir, ustaddı. Mən də onun kimi aqresiv olmayacam. 1-2 günlük vacib işlərim var. İşlərimi bitirəndən sonra bu barədə fikirlərimi deyəcəm. Əlbəttə ki, cavabım da var, çox rahatam”.

Qeyd edək ki, Aydın Saninin “Mən bu dünyada ədalət görmədim ki, görmədim” mahnısının yeni aranjimanında qəzəl müəllifi kimi öz adını yazmasına Aydın Xırdalanlı kəskin reaksiya verib. Məşhur meyxanaçı bu parçanın sözlərini Axund Azərlə birgə yazdığını deyib, Aydın Saninin bu hərəkətini özünə qarşı hörmətsizlik saymışdı.