Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Aygün Bəylərin qardaşı məhkəməyə müraciət etdi

05.03.2020 13:06

Qətldə və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxasov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxasovla bağlı Ali Məhkəməyə müraciət edilib.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, həmin şəxslər barəsindəki hökmdən prokurorluq tərəfindən kassasiya şikayəti verilib və cəzaların ağırlaşdırılması istənilib.

Eyni zamanda, təqsirləndirilən şəxslər də şikayət verərək, Ali Məhkəmədən
cəzalarının yüngülləşdirilməsini istəyirlər.

İş hakim Əli Seyfəliyevin icraatında araşdırılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, R.Əsirov və E.Alxasovun hər biri 15 il, A.Hümmətov və C.Alxasovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin hər biri narkotik ittihamı üzrə bəraət alıblar. A.Hümmətov və C.Alxasov həm də qətl üzrə bəraət alıblar.

E.Əsirova isə bütün maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov Əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.