Azərbaycan bu ölkədən yeni partiya hərbi texnika alır
05.03.2020 13:06Belarus və Azərbaycan hərbi texnikanın növbəti partiyasının tədarükü üçün saziş hazırlayır.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, bu barədə prezident İlham Əliyev həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekununa dair Belarus KİV-nə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, iki ölkə arasında bu sahədə imzalanan memorandum ən qısa vaxtda sazişə çevriləcək.
İlham Əliyev bildirib ki, Azərbaycan bu sferada Belarusla qarşılıqlı əlaqədən məmnundur. Çünki bu ölkənin məhsulları çox keyfiyyətli və effektivdir: “Bu səbəbdən təsadüfi deyil ki, ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlığın çox yaxşı tarixi, kifayət qədər böyük həcmi və böyüməyə doğru gedən gözəl ənənəsi var”.

