Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycan klubunun oyunlarını izləyən gizli kəşfiyyatçı DEŞİFRƏ OLDU

05.03.2020 13:07

Tehranda Güney Azərbaycanın “Traktor” futbol klubunun tərəfdarlarının və milli-mədəni fəalın həbs edilməsinə göstəriş verən şəxsin adı məlum olub.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, kimliyi azərbaycanlı fəallar tərəfindən müəyyən edilən şəxsin adı Səməd Cohəridir. O, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Təbrizdəki təcridxanasının rəisidir.

Səməd Cohərinin fotosu noyabrın 25-də Tehranda (“Azadi” stadionu) “Traktor”-“Perspolis” görüşündə çəkilib.

Məlum olub ki, Cohəri həmin görüşdə həmkarları ilə birlikdə xüsusi fəallıq göstərən “Traktor” tərəfdarlarını müəyyənləşdirməyə çalışıb.

Onun “Traktor”un bütün görüşlərində gizli şəkildə iştirak etdiyi də iddialar arasında yer alıb.

Qeyd edək ki, futbol klubları arasındakı görüşdə “Perspolis” tərəfdarları “Artsax” sözü yazılmış banner nümayiş etdirərək, Azərbaycana qarşı işğalçı Ermənistana dəstək veriblər.

Həmçinin azərbaycanlıların ünvanına təhqiramiz şüarlar səsləndiriblər. “Perspolis” tərəfdarlarının bu addımı Güney Azərbaycanda etirazlara səbəb olub.

Qarşılaşmada çəkilmiş fotonu təqdim edirik: (teleqraf.com)