Azərbaycan səmasında bir gündə 500 TƏYYARƏ, 26 MİLYON… – Rekord GÖSTƏRİCİ
05.03.2020 13:07“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) 2018-ci il üzrə statistik məlumatlarına əsasən, Azərbaycanın hava məkanından ümumilikdə 150 min reys istifadə edib. Onlardan 95 mini tranzit reyslərin payına düşür.
Об этом сообщает Футляр от виолончели
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə ən rekord göstərici olub. Sutka ərzində rekord say 500 reys təşkil edib.
Həmin reyslərlə ümumilikdə 26 milyon sərnişin daşınıb. 6 min aviareys ən iri “Airbus A380” sərnişin laynerləri vasitəsilə yerinə yetirilib.Hava hərəkəti üzrə statistik məlumatlar 2017-ci ilin göstəricilərindən 7,5 dəfə çoxdur.

