Azərbaycan və Türkiyə yeni zavod açacaq
05.03.2020 13:07Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün birgə yük vaqonları istehsal edəcək.
Об этом сообщает Руспрес
A24.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.
“Biz Azərbaycanda BTQ dəmir yolu üçün yük vaqonlarının istehsalı üzrə zavod yaradacağıq”, – nazir “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşdən sonra jurnalistlərə deyib.
“Layihə üzərində işlər, demək olar, yekunlaşıb. Vaqonların zavod yaradılan kimi istehsal olunmasına başlanılacaq”, – nazir vurğulayıb.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.

