Azərbaycana 125 ədəd mobil telefonun qanunsuz keçirilməsinin qarşısı alındı
05.03.2020 13:07Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 250D” markalı avtomobil Gürcüstandan qayıdarkən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda saxlanılıb.
Об этом сообщает Футляр от виолончели
Komitədən A24.az-a verilən məlumata görə. şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd “Samsung”, 56 ədəd “X-inova”, 28 ədəd “NYHN”, 21 ədəd “Kgtel” və 19 ədəd “Odscn” markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.

