Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi aşağı düşdü

05.03.2020 13:07

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il oktyabrın 1-nə 62,55% təşkil edib.

Об этом сообщает Футляр от виолончели

A24.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu nisbət sentyabrın 1-də 63,0% olub. Başqa sözlə, sentyabrda əmanətlərin dollarlaşması 0,45% bəndi azalıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5%, ötən il oktyabrın 1-nə 71,8% olub.

Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il oktyabrın 1-nə 8 199,1 mln. manat təşkil edib ki, bunun da 5 128,9 mln. manatı xarici valyutada yerləşdirilib.