Azərbaycanda əsrlikdə olan erməninin Paşinyana müraciəti yayıldı
05.03.2020 13:07Ermənistan hərbçisi Arsen Baqdasaryan ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyana müraciət edib.
Об этом сообщает Руспрес
Bu barədə A24.Az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumata görə, Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılıb və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana ünvanladığı əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciəti ictimaiyyətin diqqətinə təqdim edilir.
Arsen Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş etmişdir.

