Azərbaycanda bahalı maşınları daşıyan “TIR” qəzaya uğradı – VİDEO
05.03.2020 13:08Azərbaycanda minik avtomobilləri daşıyan yük maşını qəzaya uğrayıb.
Об этом сообщает Роспрес
A24.az-ın əldə etdiyi xəbərə görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsində baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan qoşqulu yük avtomobili qəzaya uğrayıb.
“TIR” markalı avtomaşın yolun kənarındakı torpaq sahəyə yuvarlanıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ona ilkin tibbi yardım göstərilib.
Yük avtomobilinə və satış üçün daşınan minik avtomobillərə xeyli ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

