Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirildi – SİYAHI

05.03.2020 13:08

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilməsi məsələsi müzakirə edilib.

Об этом сообщает Роспрес

A24.az “Report”a istinadən xəbər verir ki, iclasda bildirilib ki, bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliklə, Ağsu rayonunun Gürcüvan bələdiyyəsi Xanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, Əzizbəyov bələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi İstisu, Xızı rayonunun Şuraabad bələdiyyəsi Şorabad, Qusar rayonunun Şirvanovka bələdiyyəsi Şirvanlı, Masallı rayonunun Kalinovka bələdiyyəsi Viləş, Saatlı rayonunun Xanlarkənd bələdiyyəsi Nabatkənd, Qarayevkənd bələdiyyəsi Orta Muğan, Samux rayonunun Qırmızı Samux bələdiyyəsi Qaraağaclı, Şəmkir rayonunun Qasım İsmayılov bələdiyyəsi Ağlavaşlı, Muxtariyyat bələdiyyəsi Qədimqala adlandırılır.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.