Azərbaycanda bu yağlar orqanizm üçün zərərlidir? – Agentlikdən AÇIQLAMA
05.03.2020 13:08Son günlər Azərbaycanda kərə yağı adı ilə satılan yağların insan orqanizmi üçün zərərli olduğu barədə məlumatlar yayılıb. Yayılan məlumatlara görə, satılan yağların tərkibində insan orqanizmi üçün zərərli palma yağlarının olduğu iddia olunur.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən A24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, palma ağacından iki növ yağ istehsal edilir. Amma həmin yağın tərkibində insan orqanizminə zərər verən bir halın olduğu elmi şəkildə sübuta yetirilməyib: “Palma ağacının meyvəsindən meyvə əti və çəyirdək adlı yağ emal edilir. Bu yağın orqanizmə təsiri təkcə Azərbaycanda deyil, bütün dünyada geniş müzakirə mövzusuna çevrilib. Amma indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib. Hər hansı bir qida məhsulunun tərkibinin insan sağlamlığına zərərli olub-olmaması yalnız müvafiq laborator müayinələrdən sonra müəyyənləşdirilə bilir. Palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir. Müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatlar bu yağdan istifadə yolu ilə hazırlanır”.
Agentlikdən ölkəmizdə bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə olmadığı bildirilib: “Amna tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur. Satışda olan hər hansı bir kərə yağının təbii kərə yağı olub-olmamasını yalnız laborator müayinənin nəticəsindən sonra müəyyən etmək mümkündür. Laborator müayinədən keçməmiş heç bir məhsul haqqında fikir söyləmək mümkün deyil”.

