Azərbaycanda dəhşət – Zavod tüstüsündən iki azyaşlı zəhərləndi – VİDEO
05.03.2020 13:08Azərbaycanda zavod tüstüsündən iki azyaşlının zəhərləndiyi barədə məlumatlar yayılıb.
Об этом сообщает Руспрес
A24.az-ın əldə etdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində baş verib. Belə ki, kənddə fəaliyyət göstərən asfalt zavodundan havaya qara tüstü atılması sakinlərin narazılığına səbəb olub. İddia edilir ki, zavoddan havaya atılan qara tüstünün tərkibində zəhərli maddələr olduğundan kənd sakini Bağırov Nemətin iki övladı zəhərlənib.
Sakinlər zavodun ətraf ərazilərində araşdırma və monitorinq aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiyini bildirib.
Qeyd edək ki, atmosfer qatına qara tüstü atılması ilə bağlı daxil olan məlumatlardan sonra nazirlik tərəfindən dəfələrlə reaksiya verilib və həmin müəssisələr barəsində müvafiq tədbirlər görülüb.

