Azərbaycanda daha bir gənc intihar etdi
05.03.2020 13:08Bakıda 25 yaşlı oğlan intihar edib.
Об этом сообщает Роспрес
A24.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1993-cü il təvəllüdlü Nurbəxş Zakir oğlu Səbili yaşadığı evin həyətindəki yarımtikildə özünü asaraq intihar edib.
Gəncin meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Səfərli Əli Süleyman oğlu özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

