Azərbaycanda daha üç kəndə təbii qaz verildi
05.03.2020 13:08Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İmişli rayonunun Qızılkənd kəndinə, eləcə də Tovuz rayonunun Hunanlar və Əhmədabad kəndlərinə ilk dəfə təbii qaz verilib.
Об этом сообщает Руспрес
A24.az-ın “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə, 652 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 37 min 862 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Tovuz rayonunda isə, ümumilikdə, 620 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 50 min 727 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda İmişli rayonunun Aranlı kəndinin də qazlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqəsi də təbii qazla təmin ediləcək.
Qeyd edək ki, bu gün bundan əvvəl Ağdaş rayonunun Aşağı Nemətabad kəndinə də ilk dəfə təbii qaz verilib.

