Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda ilahiyyatçı döyüldü

05.03.2020 13:08

Azərbaycanın gənc ilahiyyatçısı Seyyid İsa Ələkbərin hücuma məruz qalaraq döyüldüyü barədə məlumatlar yayılıb.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, ilahiyyatçının metronun Nizami stansiyasının yaxınlığında döyüldüyü bildirilir. Məlumata görə, ilahiyyatçı metronun yanında iki gənc oğlan tərəfindən hücuma məruz qalıb. Daha sonra gənclər onu döyərək xəsarətlər yetiriblər. S.İ.Ələkbərin üz və burun nahiyəsindən xəsarət aldığı qeyd olunur.

Döyülməsi xəbərini təsdiq edən gənc din xadimi sui-qəsdə məruz qaldığını deyib: “Salamatam, şükürlər olsun. Xəbər doğrudur”.

Qeyd edək ki, S.İ.Ələkbər Azərbaycanın ən gənc ilahiyyatçısı kimi tanınır.