Azərbaycanda leysan məktəbin dam örtüyünü uçurdu, siniflərə su doldu – VİDEO
05.03.2020 13:08Ölkə ərazisində müşahidə olunan güclü yağış cənub bölgəsində bir sıra fəsadlar törədib.
Об этом сообщает Руспрес
A24.az-ın əldə etdiyi məlumata görə, leysan yağışları Masallı rayonu Mahmudavar kənd tam orta məktəbində bir sıra fəsadlara yol açıb. Belə ki, dərs zamanı yağış suları təhsil müəssisəsinin dam örtüyündən sinif otaqlarına daxil olub. Yağışın məktəbin dam örtüyünü sıradan çıxarması ilə əlaqədar şagirdlərin evə buraxıldığı bildirilir.
Qeyd edək ki, iki gündür yağan normadan artıq yağışlar səbəbi ilə cənub bölgəsinin dağ çayları daşıb. Sel sularının Lənkəranda fərdi yaşayış evlərinə və həyətyanı sahələrə dolması nəticəsində rayonun bir neçə kəndində onlarla ailə təxliyə edilib.
Leysan xarakterli yağışın intensivləşməsi avtomobillərin yollarda qalmasına səbəb olub. Bəzi ərazilərdə selin gətirdiyi torpaq və lil qatı evlərə dolub. Ayrı-ayrı təsərrüfatlarda vətəndaşlara xeyli ziyan dəyib.

