Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qızı qaçırmaq üçün plan qurmaq istədilər, faciə yaşandı – 3 nəfər öldü

06.03.2020 09:36

Türkiyənin Hatay vilayətinin İsgəndər rayonunda qız qaçırma məsələsinə görə yaranan münaqişə zəminində tərəflər arasında başa verən davada 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Об этом сообщает Руспрес

“A24.Az” Türkiyə mediasına istindən xəbər verir ki, İsgəndər rayonunda İsmət Yılmazərə məxsus evdə, qız qaçırma məsələsinə görə tərəflər danışmaq üçün toplanıblar. Tərəflər arasında yaranan mübahisə böyüyərək, qısa müddətdə silahlı davaya çevrilib. Davada İsmət Yılmazər hadisə yerində dünyasını dəyişib, oğlu və kənd gözətçisi Əli Yılmazər, qohumları Məmməd Yılmazər, Mustafa Yılmazər, Hüseyn Yılmazər və Həsən Güllü ilə İsa Ocaq yaralanıblar.

Hadisə yerinə çox sayda polis və tibb briqadası gəlib. Yaralılar, sanitar maşınlarla İsgəndər Dövlət Xəstəxanasına aparılıblar. Ancaq müalicə olunan yaralılardan Əli Yılmazər və İsa Ocaqın həyatlarını həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti isə ağırdır. Polis bölmələri rayonda təhlükəsizlik tədbiri görüblər.

Orxan Aslanlı / A24.az