Rəqqasə Aytən: “Ərəblərin məclisində bir gecəyə…” – VİDEO
06.03.2020 09:36A24.Az-ın növbəti qonağı oriyental rəqqasə Aytəndir. Maraqlı açıqlamalar verən Aytən yeni fəaliyyətə başlayan rəqqasələri də tənqid edib:
Об этом сообщает Роспрес
– Uzun illərdir rəqqasəliklə məşğulsunuz? Bəs yeni səhnəyə çıxan oriyental rəqqasələrin ifalarını bəyənirsiniz?
– Çoxları özlərini Didəmə bənzətmək istəyirlər. Özüm də daxil olmaqla, heç kimin rəqsi ona bənzəmir. Onların heç biri adi göbək əsdirməyi düzgün etmirlər. Ritmlə göbək əsdirmək çox çətindir. Çoxu bunu bacarmır. Sadəcə davulla oynaırlar. Bunu hamı edə bilər.
– Sirr deyilsə, məclislərə neçəyə gedirsiniz?
– Mən hər məclisə getmirəm. Başqa rəqqasələri yönləndirirəm. Çünki həm ehtiyacım yoxdu, həm də, konkret qiymət deyirəm. 3 rəqsimin qiyməti 600 manatdır. Mən masalara yaxınlaşıb pul yığmıram.
– Çoxları rəqqasələrimizin kök, göbəkli olmalarını tənqid edir. Bu barədə nə deyə bilərsiniz?
– Göbək rəqqasələrin çoxlarında var. Bu ərəb ölkələrində də, Türkiyədə də rəqqasələrin hamısında belədir. O, qarın deyil, əzələdir. Çox hərəkət etməkdən yaranır. Köhnə rəqqasələrin hamısında var. Bu da iki kiloqram kökələn kimi çıxır. Mən rəqqasəyə arıqlığı yaraşdırmıram. Rəqqasə bir az boylu, buxunlu, ətli olmalıdır.
– Aytən xanım, insanlar rəqqasləri efirdə çox açıq-saçıq geyindiyi üçün tənqid edirlər. Elə siz də dəfələrlə bu səbəbdən tənqid edilmisiniz. Sizə deyilirmi ki, efirə çıxanda qapalı geyinin?
– Fikir versəniz, efirə çıxanda ən bağlı geyinən rəqqasə mənəm. Rəqsin birinci gözəlliyi elə paltardır. Mən bağlı geyinib çıxacamsa, bu rəqsin nə mənası oldu?
– Sənətinizə görə, hər zaman tənqid, hətta təhqir də edilirsiniz.
– Heç kimin kimisə təhqir etməyə haqqı yoxdur. Bu mənin sənətimdir, özüm bilərəm. Özümüz bilərik. Rəqqasə soyunsa da, özü bilər, oynasa da, özü bilər. Təhqir edənlər ən çoxu xanımlardır. Baxırsan, orası-burası açıqdır, başqa bir rəqqasəni tənqid edir. Ay qız, get, bir özünə bax, slikon dodaqlarına bax. O, neçə milyon əhalinin qabağında pulunu qazanır.
– Heç məclisdə hansısa kişi sizə şabaş vermək istəyəndə xanımının aqressiv davranışının şahidi olmusunuz?
– Mən stola yaxınlaşmazdan əvvəl birinci qadına baxıram. Qadına yaxınlaşıb rəqs edirəm. Həmin qadın inanın zorla da olsa kişidən pul alıb, mənə verir.
– Son vaxtlar oriyental rəqqasələrin sayının artmasının səbəbi nədir?
– Bu rəqsi ifa edənlər heç vaxt ac qalmaz. Hər gün istəsə, çörək pulu var. Bu sənət pullu sənətdir.
– Son zamanlar ölkəmizdə ərəb turistlərin sayı artıb. Onların məclislərində iştirak etmisiniz?
– Mən qonararımı alıb rəqs edirəm. Gedib ərəblərin “kahrını” çəkə bilmərəm. Mən artıq özümü saray kimi səviyyəli səhnələrdə görürəm. Mənə bir dəfə dedilər ki, Aytən, ərəblər öz rəqqasələrinə bənzəyən birini istəyirlər. Rus qızlarını çox vaxtlar restoranlar istəmir. 50 nəfər üçün rəqs edib, şabaş yığmalı idim. Razılaşmadım. Mən bilsəm ki, o məclisdən bir gecəyə 5 min qazanacam, yenə də getmərəm. Ehtiyacı olan rəqqasələri yönləndirirəm.

