Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyə Ərəbistanı dinlərarası dialoq masasında – VİDEO

06.03.2020 09:36

Səudiyyə Ərəbistanı ötən günlərdə İslam aləmini dərindən sarsıdan bir qalmaqalla çalxalandı.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, Vatikanın Dinlərarası Dialoq Şurasının rəhbəri kardinal Cin-Luis Tauranı qonaq edən Səudiyyə rəhbərliyinin Mədinədə kilsə inşa edilməsinə icazə verdiyi bildirilmişdi.

Bir neçə gün sonra Vatikan iddianı təkzib etsə də, ortaya çıxan video materiallar bunun əksini göstərir.

Kardinal Cin-Luis Tauranı əl üstündə qarşılayan krallıq rəsmiləri qonaqlarının qoluna girərək səmimi pozalar veriblər.

Vatikan hər nə qədər kilsə sazişini rədd etsə də, krallığın rəsmiləri ilə Tauranın protokolu imzaladığı, müqavilənin qüvvəyə mindiyi  görünür.

Müqavilənin nədən ibarət olduğu hələ bilinməsə də, Cin-Luis Tauran məsələ ilə bağlı “Vatican News”a açıqlama verib.

“Səudiyyə Ərəbistanı ziyarətimdə yüksək səviyyəli idarəçilər və Səudiyyə kralı Salman bin Əbdüləzizlə görüşdüm. Ziyarətim əsnasında məktəblərdə müsəlman və qeyri-müsəlmanların yaxşı münasibətdə olduğunun, xristianlara ikinci sinif kimi davranılmadığının şahidi oldum. Yaxınlaşmanın başlamasından məmnunluq duyuram. Səudiyyə rəhbərliyi ölkəyə yeni bir imic qazandırmağa hazırdırlar”, –  Cin-Luis Tauran bildirib.