Son dəqiqə: Türkiyədə terrorçular bir polisi öldürdü
06.03.2020 09:36Türkiyə polisi Batmanın Hilal məhəlləsində terrorçuların yığışdığı evə basqın edib.
A24.Az xəbər verir ki, evdə olan terroristlər və polis arasında atışma baş verib.
Об этом сообщает Руспрес
Polisin “təslim ol” əmrinə tabe olmayan terrorçular atəş açmağa başlayıb. Nəticədə bir polis əməkdaşı yaralanıb.
Xəstəxanaya çatdırılan polis orada dünyasını dəyişib.
Bir terrorçu zərərsizləşdirilib.
Evdə araşdırma aparılıb və 2 əl qumbarası ilə bərabər, bir tapanca aşkarlanıb.

