Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sumqayıtda bədbəxt hadisə: Qadın 4-cü mərtəbədən yıxıldı

06.03.2020 09:37

Sumqayıt şəhərində 19 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1999-cu il təvəllüdlü Nərmin Rauf qızı Əmirli yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Qadının həyat yoldaşının bildirdiyinə görə, hadisə ehtiyatsızlıqdan baş verib: “Həmin vaxt hamı evdə idi. Mən o biri otaqda idim, birdən digər otaqdan qışqırıq səsi eşitdim. Dərhal otağa qaçdım, gördüm ki, yoldaşım pəncərədən aşağı düşüb”.

Onun sözlərinə görə, N.Əmirli şüşə silmək məqsədi ilə pəncərəyə çıxıb və müvazinətini itirərək yerə yıxılıb.

Qeyd edək ki, N.Əmirli 1 uşaq anasıdır.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.