Suriyanın İdlib şəhərində partlayış: ölən və yaralananlar var
06.03.2020 09:37Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin mərkəzində bomba yüklənmiş avtomobilin partladılması nəticəsində bir qadın və bir uşaq ölüb, 13 nəfər yaralanıb.
Об этом сообщает Роспрес
Bu məlumatı mülki müdafiə təşkilatı yayıb.
Mülki müdafiə qüvvələri əməkdaşları yaralıları xəstəxanalara yerləşdirib. Partlayış nəticəsində bızi evlərin pəncərələrinin şüşələri dağılıb, ətrafdakı avtomobillərə xəsarət dəyib.
Bu bölgədə təhlükəsizliyi Rusiya, İran və Türkiyə təmin etməyi vəd emişdi. Ancaq son zamanlar Rusiyanın əraziyə daha çox müdaxilə etdiyi bildirilir. Hətta, Rusiya bu bölgəni Bəşşar Əsəd rejiminin nəzarəti altına belə vermək niyyətindədir. //report

