Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tacikistanda həbsxanada qiyam – rəisi tutuldu

06.03.2020 09:37

Tacikistanda qiyam baş vermiş Xocənd şəhərində yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Feyzullocon Safarov həbs edilib.

Об этом сообщает Руспрес

“Report” “Axbor”a istinadən xəbər verir ki, o, məhkumlara işgəncə verməkdə, səhlənkarlıqda və hazırlanan qiyamı gizli saxlamaqda ittiham olunur.

Eyni zamanda həbsxananın daha bir neçə əməkdaşının rüşvət aldıqları, himayədarlıq etdikləri, cinayətləri gizlətdikləri üçün tutulacaqları gözlənilir.

Qeyd edək ki, noyabrın 7-də Xocənddəki həbsxanada baş vermiş qiyam nəticəsində 50 məhbus ölmüş, 100-ə yaxını isə yaralanmışdı.