Türkiyə bu ölkə ilə milli valyutada ticarət əməkdaşlığı edəcək
06.03.2020 09:37Rəsmi səfər çərçivəsində Venesuelaya gedən Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və başçılıq etdiyi heyəti, Venesuela Prezidenti Nikolas Maduro tərəfindən paytaxt Caracasdakı prezident sarayı Mirafloresdə qəbul edilib.
Об этом сообщает Роспрес
A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu, Türkiyənin hər şərtdə Venesuela dövlətinin və xalqının yanında olacağını bildirərək “Bu çətin günlərdə birliyimizi daha da artıracağıq”, – deyə bildirib. Görüşün sonunda keçirilən mətbuat konfransında, Venesueladakı təmaslarında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin müzakirə olunduğunu deyən Çavuşoğlu, Prezident Ərdoğanın salamlarını və mesajlarını, Maduroya çatdırdıqlarını, Venesuela liderinin də fikirlərini onunla bölüşdüyünü bildirib.
Çavuşoğlu, “İclaslarda gördüm ki, iki ölkə arasında qardaşlıq münasibətləri var və içindən keçdiyimiz çətin günlərdə birliyimizi daha da artıracağıq. Biz hər şərtdə Venesuela dövlətinin və xalqının yanında olacağıq dedi. Venesuelada olmaqdan duyduğu xoşbəxtliyi dilə gətirən Çavuşoğlu, görüşdə Dövlət Başçısı müavinlərindən Tareck Əl Aissaminin də olduğunu bildirdi. Nazir Çavuşoğlu, Venesuela Prezidenti Nikolas Maduro tərəfindən qəbul edilmədən əvvəl Venesuela Xarici İşlər Naziri Jorge Arreaza ilə görüşüb. Çavuşoğlu, Venesuelalı həmkarı ilə paytaxt Caracastaki görüşünün ardından ortaq bir mətbuat konfransı təşkil etdi. Son dövrdə Venesuela dövlət başçısı Nikola Maduronun da Türkiyəyə səfər etdiyini xatırladan Çavuşoğlu, iki ölkə liderinin sanki “qardaş” kimi olduqlarını ifadə edərək, Ankara-Caracas arasında ikitərəfli əlaqələrin getdikcə inkişaf etdiyini söylədi. İkitərəfli ticari münasibətlərdə yerli pul vahidlərini istifadə etmək istədiklərini bildirən Çavuşoğlu, bunları qeyd edib: “Yalnız Venesuela ilə deyil, digər ölkələrlə də ikitərəfli ticarət əlaqələrimizdə yerli pul vahidlərini istifadə etmək istəyirik.
ABŞ rəhbərliyi öz pul vahidi olan dolları bir hücum vasitəsi kimi istifadə etdiyi üçün digər ölkələr aralarındakı ticarətdə yerli pulları istifadə etmək istəyir. Heç bir ölkənin pul vahidinə qarşı deyilik, ancaq pul vahidləri, digər ölkə iqtisadiyyatlarına hücum vasitəsi kimi istifadə edilməməlidir”. Venesuela Xarici İşlər Naziri Jorge Arreaza isə ölkəsi ilə Türkiyə arasında qardaşlıq əlaqəsi olduğunu bildirərək, “Türkiyə iqtisadi mühasirədə olduğu zaman Venesuelaya dəstək verdi, bizə dostluq və qardaşlıq əlini uzattı”, – deyə bildirib.
Orxan Aslanlı

