Türkiyə Şimali Kipr vətəndaşını təltif etdi
06.03.2020 09:37Ankarada Milli Müdafiə Universiteti Orkestr Peşə Məktəbi Komandanlığında buraxılış mərasimi keçirilib.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə dövlət çevrilişi cəhdindən sonra bağlanan, daha sonra Milli Müdafiə Universiteti nəzdində açılan məktəbdə tək məzun olan Orkestr Çavuş Batuhan Karaoğlana məzun diplomu verilib.
Orkestr məktəbinin yeganə məzunu olan Şimali Kipr vətəndaşı Orkestr Çavuş Batuhan Karaoğlan da mərasimdə çıxışı zamanı, bu gün qürur və həyəcan yaşadığını söyləyib: “Bu günlərə çatmağımız üçün imkan və dəstəklərini əsirgəməyən, bizləri yetişdirmək üçün hər cür fədakarlığı edən komandirlərimə və bu xoşbəxt gündə mənimlə eyni sevinci, həyəcanı və qüruru bölüşən, məni hər zaman sevən ailəmə, hörmətimi və sonsuz təşəkkürlərimi bildirirəm. Bu yerdə keçirdiyim müddət ərzində gözəl xatirələrim oldu, səmərəli illər keçirmişəm. Hərbi peşənin incəliklərini və çox məsuliyyətli bir peşə olduğunu öyrəndim”, – deyə o bildirib.
Orxan Aslanlı

