Türkiyədə FETO araşdırması – 110 hərbçi saxlanıldı
06.03.2020 09:37Türkiyə Hava Qüvvələrindəki FETO araşdırmasında, aralarında 3 polkovnik, 2 podpolkovnik olmaqla 110 hərbçinin nəzarətə alınması ilə bağlı qərar verilib.
Об этом сообщает Роспрес
A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu, Hərbi Hava Qüvvələri Komandanlığında aparılan FETO araşdırması çərçivəsində 3 polkovnik, 2 podpolkovnik, 6 mayor, 3 kapitan, 18 baş leytenant, 1 leytenant və 77 çavuş olmaqla 110 hərbçinin saxlanılması ilə bağlı qərar verib.
110 şübhəlinin 85-i, 16 rayondakı əməliyyatlarda həbs edilib.
Orxan Aslanlı / A24.az

