Üç rayonda yanğın oldu
06.03.2020 09:37Bu gün Qax, Beyləqan və Ağcabədi rayonlarında da yanğın baş verib.
Об этом сообщает Руспрес
A24.a FHN-ə istinadən xəbər verir ki, Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 55 m² olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 7,5 ton ot bağlamasının 3 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Qax rayonunun Zərnə kəndində ümumi sahəsi 100 m² olan tövlənin çardağı 16 m² sahədə və içərisinə yığılmış 7 ton ot bağlamasının 800 kiloqramı yanıb. Ağcəbədi rayonunda ferma ərazisinə yığılmış 160 ton ot bağlamasının 8 tonu da yanıb.
Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

