Yalın əllə burnunuzu belə kiçildə bilərsiz – Möcüzəvi metod tapıldı – QAYDALAR
06.03.2020 09:37İnsanlar üz quruluşlarını daha ideal hala gətirmək üçün müxtəlif vasitələrə əl atırlar. Təəssüf ki, belə məqamlarda ilk ağıla gələn cərrahi və plastik əməliyyatlardır.
Об этом сообщает Роспрес
A24.Az “Annals Of Plastic Surgery” jurnalının təlimlərinə istinadən yalın əllə burnun kiçildilməsinin qaydalarını təqdim edir.
1. Hər iki əlinizlə burnunuzun yan səthlərini alnınıza qədər olan hissəsini yuxarı doğru itələyin. Bu işi masaj edirmiş kimi həyata keçirməyiniz effektiv olacaq. Səhər və axşam, təxminən 1 dəqiqə müddətində bu hərəkətləri təkrarlamağınız yetərlidir.
2. İkinci üsul isə nəfəs almaqla bağlıdır. Beləki öncə sağ burun dəliyinizi tutub təxminən 5 saniyə təktərəfli nəfəs alın. Sonra bu hərəkəti sol burun dəliyiniz üzərində təkrarlayın.
3. Üçüncü hərəkət isə burunətrafı dərinin eyni anda dartılmasıdır. Şəkildə gördüyünüz kimi əvvəlcə dodaqlarınızı büzürsünüz, ardınca hər iki əlinizin barmaqları ilə yanaqlarınızın burunətrafı hissəsini sıxaraq, eyni anda sağa və sola doğru dartırsınız. Bu hərəkət üçün 2 dəqiqə vaxt ayrımağınız yetərlidir.
4. Dördüncü müdaxilə isə burnun üst səthinə olacaq. Baş və şəhadət barmaqları ilə (çimdik) burnunuzun üst-yuxarı hissəsinin dərisindən tutun, alnınıza doğru və yuxarı istiqamətdə dartmağa çalışın. Bu hərəkəti asudə vaxtınız olmasından asıllı olaraq, azından 3 dəqiqə müddətində edin.
5. Prosedurun ardınca iki şəhadət barmağınızla burnuzun üst təpə nöqtələrini hər iki yandan azca sıxaraq masaj edin. Masaj zamanı burnunuzun dərisini mümkün qədər yuxarı dartmağa çalışın. Bu hərəkəti də azından iki dəqiqə davam etdirməyə çalışın.
6. Daha sonra bir əlinizin iki barmağı ilə burnunuzu ortadan sıxın, digər əlinizin bir barmağı ilə burnunuzun ucunu geri, yəni yuxarı doğru itələyin.
Prosesdurun sonunda zamanın qalsa, əlinizə sağ sürtüb burunuzu qığırdağa ciddi təsir etmədən yuxarı istiqamətdə çəkməyə hesablanmış masaj edin. Masajı 5 dəqiqə ərzində davam etməyiniz məsləhətdir.
Bu hərəkətlər həm burnun dik inkişafına xidmət edir, həm də qığırdağın kobud inkişafının qarşısını alır. Qeyd olunan hərəkətləri hər gün əməl etmək şərtilə 5 ay müddətində davam tedirsəniz, mütləq nəticə əldə edəcəksiniz. Unutmayın ki, plastik və digər əməliyyatlardan sonra da siz təxminən elə bu qədər müddətdə burnunuzu qorumaq zorunda qalırsız və sizi bu orqanınız narahat edir. Plastik əməliyyatlar insan yaşlandıqca problemlərə gətirib çıxardığından, yalın əllə, təbii şəkildə burun kiçiltmə daha məqsədəuyğun hesab olunur.
Nəzərə alın ki, burun insan bədənində doğulduqdan ölənə qədər inkişafda olan yeganə orqandır.

