Zaqatala sakini bilmədən XƏRÇƏNGİN dərmanını yetişdirdi
06.03.2020 09:38Öz bağında qeyri-adi tərəvəzlər yetişdirən Zaqatala rayon sakini Aydın Sulxayev bu dəfə qara pomidorla hər kəsi təəccübləndirib
Об этом сообщает Роспрес
A24.Az Sputnik Azərbaycana istinadla xəbər verir ki, öz bağında qeyri-adi tərəvəzlər yetişdirən Zaqatala rayon sakini Aydın Sulxayev bu dəfə qara pomidorla hər kəsi təəccübləndirib. Aydın Sulxayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ona bu toxumu internet vasitəsi ilə tanış olduğu ukraynalı dostu göndərib. O, gətirdiyi pomidor sortunu öz bağında yerli iqlimə uyğunlaşdırıb. Qeyri-adi meyvə-tərəvəz yetişdirməyə marağı olan Zaqatala sakini bu bitkiləri Yuxarı Tala kəndindəki bağ evində yetişdirib.

