ABŞ-ın Şimali Koreyaya müharibə elan edə bilməməsinin 4 səbəbi

06.03.2020 09:38

“ABŞ Şimali Koreyaya müharibə elan edə bilməz”

Об этом сообщает Футляр от виолончели

A24.az xarici mediaya istinadən xəbər verir ki, Mayami universitetinin professoru Teufel Dreyer Amerikanın Şimali Koreyaya savaş elan edə bilməyəcəyini deyib. O bunun 4 səbəbdən dolayı baş verə bilməyəcəyini açıqlayıb.

1. Hələ savaş yoxdur, ancaq ABŞ ordusunda yetərincə gərginlik var. ABŞ ordusu gücünün sərhəddində mübarizə aparır. Əgər Əfqanıstanda və Orta Şərqdə əsgər sayı azaldılarsa, bu, həmin ölkələrdə fəlakətə səbəb ola bilər.

2. Savaş böyük məbləğdə pul tələb edir. ABŞ isə əvvəlcə Harvey qasırğasının törətdiyi dağıntıların aradan qaldırılması üçün pul ayırmalıdır.

3. Əgər ABŞ Şimali Koreyaya müharibə elan edərsə, digər ölkələr Vaşinqtonu işğalçı adlandıracaqlar. Hətta müttəfiq Çinin belə Şimali Koreya ilə bağlı qərarı nədir tam olaraq bilinmir.

4. Əgər ABŞ Şimali Koreyaya müharibə elan edərsə, Şimali Koreya ABŞ-ın müttəfiqi olan Cənubi Koreyanın Seul və digər böyük şəhərlərində qətliam törədə bilər.

Vəsilə İbrahim //A24.az

 

Новости